“Zaqatala-Fındıq” ATSC-nin (VÖEN: 5100187171) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin icra orqanının rəhbərinin hesabatı
2. İllik hesabatın təsdiqi
3. Təşkilati məsələlər
4. Cəmiyyətin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi
5. Cəmiyyətin ayrılma formasında yenidən təşkil edilməsi
6. Təhvil Aktının və ya bölünmə balansının təsdiq edilməsi
7. Cəmiyyətin ləğv edilməsi
8. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi
9. Digər məsələlər
Yığıncaq 12.09.2026-cı il tarixdə, saat 10-00-da Zaqatala şəhəri, Aşağı Tala kəndində (Su səsi restoranı) ünvanında keçiriləcək.
Qeyd edək ki, “Zaqatala-Fındıq” ATSC 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 838 min 868 manat olan şirkətin qanuni təmsilçisi Muxtarov Şahin Şahid oğludur.















