Yunanıstan müxalifətinin liderlərindən biri olan Dora Bakoyanni ölkənin qazpaylayıcı operatoru olan DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməməsi üçün hökuməti sərt tənqid edib.
"FED.az" yunan mətbuatına istinadən xəbər verir ki, xanım millət vəkili parlamentdə çıxış edərkən energetika naziri Giorgios Stafakis və iqtisadiyyat naziri Dimitris Papadimitriuya üzünü tutaraq bildirib ki, hökumət DESFA-nın özəlləşdirilməsi prosesini "batırdı". "DESFA-nın özəlləşdirilməsindən sonra SOCAR-dan əldə olunacaq vəsait 2017-ci il üçün dövlət büdcəsində əksini tapıb. Lakin hökumətin iqtisadi blokunun səriştəsizliyi səbəbindən büdcəmizə 188 mln. avro az vəsait daxil olacaq", - deyə o bildirib.
Deputat iqtisadiyyat nazirinin diqqətinə çatdırıb ki, bu cür hallar ölkə iqtisadiyyatına investisiya qoyuluşuna mənfi təsir edir.