29 dekabr 2023-cü il saat 11.00-da “Yevlax Nəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. ASC-nin idarəetmə orqanlarının 2022-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. İllik hesabatların təsdiq edilməsi.
3 Təşkilati məsələ: ASC-nin idarəetmə orqanlarının seçilməsi.
4. Yaranmış maddi çətinliklərlə əlaqədar ASC-nin ləğv edilməsi barədə.
Ümumi yığıncağın gündəliyinə aid materiallarla tanışlıq üçün iş günləri ASC-nin rəhbərliyinə müraciət etmək olar. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu – (055) 212- 90-00. Ünvan – Yevlax rayonu, Aran qəsəbəsi, ASC-nin inzibati binası.