Azərbaycanda qida məhsullarının istehsalı ilə məşğul olan kiçik yerli şirkətlər mallarını iri market şəbəkələrində satışa çıxarmaqla bağlı çətinliklərlə üzləşirlər.
FED.az xəbər verir ki, bu məsələyə dövlət müdaxilə edəcək.
Eləcə də bax: «Bravo» bizdən hər məhsula görə - 500 MANAT İSTƏYİR» - İŞ ADAMI
Azərbaycanın dövlət qurumları kiçik istehsalçıların iri market şəbəkələrinə daxil olması ilə bağlı yaranmış problemə müdaxilə etməli olacaqlar. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov bildirib.
Eləcə də bax: Əhali ən çox hansı marketdən alış-veriş edir? – SİYAHI – ARAŞDIRMA
Xatırladaq ki, bir sıra istehsalçılar iri market şəbəkələrinə daxil olmaqla bağlı problemlə üzləşdiklərini, hər qablaşmaya görə onlardan böyük məbləğdə (ƏDV ilə birlikdə 600 manata yaxın) vəsait tələb olunduğunu bildirirər. Nəticədə bu məbləği ödəyə bilməyən şirkətlər iri marketlərdə malları satışa çıxara bilmir, ödəyənlər isə böyük zərərlə üzləşirlər. «Marketlərdəki problemimiz hələ də davm edir. «Bravo» şirkəti bizdən hər qablaşdırmaya, daha dəqiqi hər növ məhsula görə 500 manat kod pulu istəyir, ƏDV-ni də nəzərə alanda bu - bir növ banka üçün təqribən 600 manat deməkdir. Məhsulun normal təqdimatı üçün azı 10 qab qoyulmalıdır və bu da 6 min manat ödəniş deməkdir»-deyə məhsullarının iri marketlərdə satışı ilə bağlı problemlərlə üzləşmiş bal istehsalçısı Cavid Kərimov FED.az-a bildirib. Onun sözlərinə görə, bəzi marketlər kiçik şirkətlərdən qeyri-rəsmi endirimlər də istəyirlər.
Eləcə də bax: Supermarketlər və «Mall»larda kassalar - SÜRƏTLƏ DƏYİŞDİRİLİR – HAZIRLIQ GEDİR
KOBİA rəhbəri Orxan Məmmədov bildirir ki, bu məsələ ilə bağlı obyektiv və subyektiv səbəblər var: «Obyektiv səbəblərə qablaşdırma, məhsulun davamlı çatdırılması hallar aiddir, amma bir sıra hallarda subyektiv səbəblər də önə çıxmaqdadır».
O.Məmmədov bildirib ki, belə halların qarşısını almaq üçün tənzimləmə alətlərinin təkmilləşdirilməsinə, eləcə də ticarət mərkəzlərinə girişlə bağlı dövlət dəstək mexanizmlərinin tətbiqinə ehtiyac vardır və bu istiqamətdə agentlik tərəfindən təkliflər hazırlanır.
Bundan başqa, KOBİA bu məsələnin marketlərin və yerli istehsalçıların nümayəndələrinin görüşündə də müzakirəsini təklif edir: «Bu artıq dövlət-sahibkar deyil, sahibkar-sahibkar problemidir. Yerli istehsalçılar öz aralarında razılığa gəlsin və agentlikdə market sahibləri ilə görüş təşkil edək»-deyə KOBİA sədrinin müavini Natiq Adilov bildirib.