Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası və Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində dəyirmi masa təşkil olunub.
Qarabağda biznes qurmaq üçün 1 400-dən artıq - MÜRACİƏT OLUB
KOBİA-dan FED.az-a bildirilib ki, tədbirdə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil, eləcə də hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masanın məqsədi Azərbaycan sahibkarlarının layihələrinə investisiya cəlb etmək, hər iki ölkənin iş adamları arasında birgə layihələrin icrasını təşviq etmək, ölkəmizdə fəaliyyət göstərən xüsusi iqtisadi zonaların imkanlarını və burada biznes subyektləri üçün nəzərdə tutulan güzəştləri diqqətə çatdırmaqdır.
Tədbir çərçivəsində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinə, eləcə də daşınmaz əmlak, xidmət, yüngül və qida sənayesi üzrə yerli KOB-ların potensial investisiya layihələrinə dair təqdimatlar keçirilib, Səudiyyə Ərəbistanından olan iş adamlarının sualları cavablandırılıb.