2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Resoublikası ərazisində istehsal olunan üst geyim istehsalı 289,2 min ədəd (illik 16% azalma), alt geyim istehsalı 500,2 min ədəd ( 3,7% azalma), corab istehsalı 2 milyon 475 min ədəd ( 23,3% artım) və 148,1 min cüt ayaqqabı (28,5% azalma) istehsal edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Eləcə də bax: Türkiyədən sifarişlə - «Sədərək-Binə» QİYMƏTİNƏ GEYİM ALMAQ – SƏRFƏLİDİRMİ?
Qeyd edək ki, yerli istesaldan fərqli olaraq əhali daha çox xaricdən geyim istehlakına üstünlük verib. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə $234,68 milyonluq geyim əşyaları və geyim üçün ləvazimatlar gətirilib. Bu öncəki ildəki rəqəmləri xeyli üstələyir.