2017-ci ildə Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən 1374 əmtəə nişanı, 6 coğrafi göstərici, 64 ixtira, 8 faydalı model və 7 sənaye nümunəsi qeydiyyata alınıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ötən il milli iddiaçılar tərəfindən Patent Kooperasiyasi haqqında Saziş çərçivəsində 5 beynəlxalq iddia sənədi, Avrasiya Konvensiyası çərçivəsində 34 Avrasiya iddia sənədi verilib.
Qeyd olunub ki, əmtəə nişanlarının beynəlxalq qeydiyyatı üzrə Madrid Sazişi və ona dair Protokol çərçivəsində 5 ədəd yerli əmtəə nişanının müxtəlif ölkələrdə qeydiyyata alınması üçün müvafiq sənədlər Beynəlxalq Büroya göndərilib.
Həmçinin sənaye mülkiyyəti obyektləri üzrə 133 müqavilə qeydiyyata alınıb. Onlardan 117-si əmtəə nişanları üzrə hüquqların verilməsinə, 1-i ixtira üzrə hüquqların, 13-ü əmtəə nişanına dair iddia sənədi üzrə hüquqların, 2-si isə istifadə hüququna dair lisenziya verilməsinə aiddir.