Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi işsizlikdən sığorta fondunun hesabına işçilərin maaşlarının bir hissəsinin dövlət tərəfindən ödənilməsi ilə bağlı qaydalara yenidən baxacaq. Bu barədə FED.az-a nazir Sahil Babayev məlumat verib.
Xatırladaq ki, yeni qaydalara əsasən, işə bir sıra təbəqələrdən olan işçilərin qəbulu zamanı ödənilən əmək haqqının bir hissəsini – 50%-ə qədərini dövlət ödəycəkdi. Məqsəd, məşğulluğun artırılması və bəzi kateqoriyaların sosial müdafiəsini güclənldirmək idi.
Eləcə də bax: Həyat sığortası şirkətlərinə «yaşıl işıq» - 150% ARTARACAQ
Amma ilk baxışdan cədbedici görünsə də, Azərbaycanın iş adamları və şirkətləri bu yeniliyə maraq göstərməyiblər. Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, indiyədək bu yeniliyin tətbiqi üçün müraciət edən iş adamı olmayıb. Nəticədə dövlət bu mexanizmə yenidən baxmağı qərara alıb.
S.Babayev FED.az-a bildirib ki, tətbiq edilən yenilik qanunvericiliyimiz illə təmin olunmuş bir mexanizimdir: «Hazırda bu istiqamətdə, yəni şərtlərin müəyyən qədər yumuşaldılması istiqamətində iş aparılır. Bu qanunvericilik paketidir və bunun üzərində hal-hazırda iş gedir».
Nazirin sözlərindən məlum olub ki, qaydalara dəyişikliklər yalnız gəən ilini əvvəlindən qüvvəyə minəcək. Belə ki, bu qaydaların üzərində iş büdcə zərfi çərçivəsində aparılır. Yəni büdcə sənədləri ilə birlikdə təqdim edilib, təsdiqlənəcək. Buna görə də dəyişikliklərin nədən ibarət olacağı da hələlik açıqlanmır: «Bu qanunvericilik paketi Azərbaycan dövlət büdcə zərfi illə birlikdə parlamentə təqdim olunacaq. Ona görə də, indidən onun hər hansı komponentinin açıqlanmasını doğru hesb etmirik. Yəni o vaxta kimi belə qalacaq».
Qeyd edək ki, hökumətin bizneslə bağlı yeni təşəbbüsünün detalları ilə buradan tanış olmaq mümkündür.
«Yeni qaydalar gələn ildən qüvvəyə minəcək» - SAHİL BABAYEV
09:25
1 Okt 2018