“Pacific” şirkətlər qrupuna daxil olan “N 1” Çörək Zavodu əhalinin çörəyə olan tələbatının ödənilməsində mühüm rol oynayan müəssisələrdən biridir. Bildiyiniz kimi, bütün dünyada koronavirus infeksiyasına qarşı kompleks tədbirlər həyata keçirilsə də, bu infeksiya hələ də insanların həyatı üçün təhlükə törətməkdə davam edir.
FED.az xəbər verir ki, koronavirus pandemiyasının ölkəmizdə də geniş yayılması çörəyin açıq satılmasının yaratdığı təhlükə amilini bir daha gündəmə gətirdi.
“N 1” Çörək Zavodu fəaliyyətə başladığı ilk dövrlərdən çörəyin gigiyenik qablaşdırılması, insan əli dəymədən istehsaldan birbaşa süfrələrimizə çatdırılması məsələsini daim diqqət mərkəzində saxlayır. Müəssisədə bütün texnoloji proseslər tam avtomatlaşdırılıb, istehsalın heç bir mərhələsində xammal və hazır məhsullar insan əli ilə təmasda olmur. Eyni zamanda “N 1” Çörək zavodu tam əminliklə öz alıcısına ekoloji cəhətdən təmiz məhsul təqdim edir. Zavodda istehsal olunan “Xüsusi”, “Kəpəkli”, “Sadə qara”, “Buğda dənəcikli” batonlar, “Borodin”, “Paytaxt”,“Alman” çörəkləri artıq neçə illərdir ki, alıcılar tərəfindən sevilərək istehlak olunur. “N1” çörəklərinin saxlanma müddəti də digər çörəklərə nisbətən daha uzunmüddətli olması ilə seçilir. Belə ki, tərkibində heç bir konservant, kimyəvi qatqı olmayan “N1” çörəkləri öz keyfiyyətini və dadını 48-72 saat ərzində qoruyub saxlayır. Çörəklərin üzərində onların istehsal tarixləri qeyd olunur.
Ölkəmizdə Vətən Müharibəsinin möhtəşəm qələbəylə nəticələnməsi “N 1” Çörək Zavodunu da yeniliklər etməyə sövq etmişdir. Xalqımız üçün qələbə əhval-ruhiyyəli bir ərəfədə zavod öz istehsal və qablaşdırma ənənələrində yeniliklərə imza atmışdır. Yeni dizayn paketlərdə və daha geniş çeşidli çörəklərimizlə xalqımıza yüksək xidmət etməkdə davam edirik. Belə ki, artıq sevdiyiniz, ənənəvi dadı yenilənmiş, daha keyfiyyətli paketlərdə market və mağazaların rəflərindən əldə edə biləcəksiniz.
Çox tez bir zamanda işğaldan azad olunmuş rayonlarımızda “N 1” çörəklərinin süfrələrimizə daxil olacağı günü səbirsizliklə gözləyirik.