İstənilən uğurlu sahibkarlıq fəaliyyətinə xas bir xüsusiyyət vardır ki, o da müəyyən və xüsusi problemin həll edilməsidir. Bəs bu yolla bazarda mövcud boşluqları doldurmaq mümkündürmü və ya artıq orada mövcud olan vəziyyəti, məhsulları və s.-ni yaxşılaşdırmaq olarmı? Bunun cavabını tapmaq üçün unutmamalıyıq ki, yaxşı biznes ideyalar problemin nədən ibarət olmasını, onun köklərini göstərib həll yollarını təklif etmək üzərində qurulubdur.
Fərz edin ki, sizin mükəmməl bir startap ideyanız var. Bu zaman onu reallaşdırmaq üçün ilk növbədə həmin ideyanın qanuni və mümkün olması ilə bağlı araşdırma aparın, daha sonra biznesi başlamaq üçün təklif olunan addımbaaddım təlimatlar seriyasını alıb oxuyun və onları həyata keçirin. Növbəti məqalələrimizdən birində həmin seriyadan sizlərə qısa bir xülasə təqdim edəcəyik.
İndi isə yeni biznes ideyaları reallaşdıra bilməniz üçün sizə 10 mühüm yer ilə bağlı qısa məlumat vermək istərdik.
Əgər siz də öz şəxsi biznesinizə başlamaqdan ötrü baş sındırırsınızsa, bəlkə sadəcə mənzərəni və ya vəziyyəti dəyişməlisiniz, çünki ilham pərisinin sizə nə vaxt və harada gələcəyi bəlli deyil. Məsələnin həllini tapmaq və biznes ideyalarınızı reallaşdıra bilməniz üçün sizə 10 yer təklif edirik ki, ilk öncə onlarla yaxından tanış olmalısınız.
Fərz edin ki, sizin mükəmməl bir startap ideyanız var. Bu zaman onu reallaşdırmaq üçün ilk növbədə həmin ideyanın qanuni və mümkün olması ilə bağlı araşdırma aparın, daha sonra biznesi başlamaq üçün təklif olunan addımbaaddım təlimatlar seriyasını alıb oxuyun və onları həyata keçirin. Növbəti məqalələrimizdən birində həmin seriyadan sizlərə qısa bir xülasə təqdim edəcəyik.
İndi isə yeni biznes ideyaları reallaşdıra bilməniz üçün sizə 10 mühüm yer ilə bağlı qısa məlumat vermək istərdik.
Əgər siz də öz şəxsi biznesinizə başlamaqdan ötrü baş sındırırsınızsa, bəlkə sadəcə mənzərəni və ya vəziyyəti dəyişməlisiniz, çünki ilham pərisinin sizə nə vaxt və harada gələcəyi bəlli deyil. Məsələnin həllini tapmaq və biznes ideyalarınızı reallaşdıra bilməniz üçün sizə 10 yer təklif edirik ki, ilk öncə onlarla yaxından tanış olmalısınız.
- Smartfonunuz
“Bunun üçün tətbiq vardır” erasında insana elə gələ bilər ki, artıq bütün mobil tətbiqlər (applikasiyalar) icad edilmişdir. Lakin bu, heç də elə deyildir. Məsələn, ola bilsin, sizin bu yaxınlarda yüklədiyiniz tətbiq işləmir, ya da sizin istədiyiniz kimi işləmir, və ya siz onu bir neçə funksiya ilə tamamlamaq istərdiniz, ya da həmin tətbiqə yeni funksiyalar əlavə etmək istərdiniz. Yaratmaq istədiyiniz yeni tətbiqə marağın olub-olmayacağını öyrənmək üçün dostlarınız, tanışlarınız, qohumlarınız və ümumiyyətlə, sizin çevrəsində, sosial şəbəkələrinizdə olan digər insanlar arasında kiçik bir sorğu keçirin. Bunu etdikdən sonra yeni tətbiq yarada bilərsiniz, əgər bu sahədə təcrübəniz yoxdursa və ya azdırsa, o zaman sizin əvəzinizə bu işi görmələri üçün frilanserlərə müraciət edə və bunu onlara həvalə edə bilərsiniz.
- Axtarış sistemləri
Əgər siz nə vaxtsa İnternetdə hər hansı bir müvafiq mövzu üzrə axtarış etmisiniz, lakin həmin axtarış bir nəticə verməyibsə, o zaman 3 variantınız var: ya mövzunuza nisbətən bir az yaxın bir cavabla razılaşmaq, ya tamamilə həmin axtarışdan vaz keçmək, ya da həmin mövzunu oturub müstəqil şəkildə şəxsən özünüzün işləməsi olacaqdır. Əgər siz “özüm edərəm” metodunu seçirsinizsə (və əgər bunu həqiqətən də yaxşı edə bilərsinizsə), o zaman məyusluq hissini çox gəlirli bir biznesə çevirə bilərsiniz. Bunun üçün forumlara girin, onları bir-bir yoxlayın və əmin olun ki, digər insanlar da eyni məhsul(lar)u axtarır. Daha sonra həmin məhsulları satmaq üçün onlayn mağazanızı açın. Bu üsul həmçinin xüsusi xidmətyönümlü bizneslər üçün də faydasını verə bilər.
- Sosial media
Sosial mediada hamının etməyi xoşladığı şey varsa, o da gündəlik həyatları ilə bağlı öz şikayətlərini bildirməkdir. Çox vaxt bu tipli statuslar ola bilsin insanları bir az qıcıqlandıra bilər. Əgər siz mövzulara, heşteqlərə, status yenilənmələrinə kifayət qədər diqqət ayırırsınızsa, o zaman bu prosesdə bir qədər müntəzəmlik halının olduğunu görə bilərsiniz. Bu zaman sizə təklif edirik ki, “nə üçün orada ......... yoxdur” və ya “mən istərdim ki, orada ..... olsun” tipli ifadələri axtarıb tapın və bəlkə həmin insanlara bunun həlli yollarını təklif edə bildiniz.
- Onlayn rəylər və şərhlər
Sosial mediada da olduğu kimi insanlar Amazon, Google və Yelp kimi saytlarda girib baş çəkdikləri yerlər və aldıqları məhsullar barədə danışmağı və bunlar barədə rəy (müsbət və ya mənfi) bildirməyi sevirlər. Bir çox istifadəçilər də həmin saytlara girərək məhsulu alıb-almayacaqlarını müəyyənləşdirmək üçün həmin mənfi rəyləri oxuyub onlardan məqsədlərinə uyğun şəkildə istifadə edirlər. Haqlarında mənfi rəy bildirilən şirkətlərin itkisi əslində sizin gəliriniz və qazancınız ola bilər. Beləliklə, həmin insanların şikayətlərini nəzərə alaraq onların üzləşdikləri vəziyyəti düzəldib, problemlərini həll etmək üçün siz öz biznes ideyanızı düşünüb qura bilərsiniz.
- Sizin eviniz
Ətrafınızdakı evlərə və ya mənzillərə göz gəzdirin. Orada rastlaşacağınız hansı hallar sizi məyus edə bilər? Məsələn, tozlu ventilyasiya dəliklərimi? Yoxsa çirkli ayaqyolumu? Bəlkə, Qazondan yığışdırılmamış ağacdan tökülən solğun yarpaqlarmı?
Bu sadalanan halları öz evinizdə və ya onun qarşısında görürsünüzsə, demək, çox böyük ehtimalla digər insanlar da eyni problemləri yaşayır. Bu vəziyyət sizə evlərə xidmət biznesini həyata keçirmək imkanı yarada bilər və siz bu biznesinizlə digər insanlara həmin çətin ev-məişət işlərinin qayğısına qalmaqda kömək edə bilərsiniz.
Bu sadalanan halları öz evinizdə və ya onun qarşısında görürsünüzsə, demək, çox böyük ehtimalla digər insanlar da eyni problemləri yaşayır. Bu vəziyyət sizə evlərə xidmət biznesini həyata keçirmək imkanı yarada bilər və siz bu biznesinizlə digər insanlara həmin çətin ev-məişət işlərinin qayğısına qalmaqda kömək edə bilərsiniz.
- Sizə qonşu ərazilər
Yaxınlığınızda yaşayan insanlar sizə biznes ideyalarınız üçün böyük ilham verə bilərlər. Yaşadığınız rayonun demoqrafiyası barədə düşünün. Məsələn, əgər sizin şəhərdə çoxlu sayda işləyən valideynlər vardırsa, o zaman onların uşaqlarının qayğısına qalmaq xidməti yüksək tələbata malik xidmət ola bilər. Əgər ətrafınızdakı ərazilərdə daha çox yaşlı insanlar yaşayırsa, onlara evdə səhiyyə xidməti, tibbi yardım göstərmək xidməti daha çox tələb edilən sahə ola bilər. Və ya ətrafınızdakı ərazidə çoxlu it sahibləri varsa, o zaman heyvanların qayğısına qalmaq üçün xidmət növü təklif edə bilərsiniz, məsələn, itləri gəzdirmək və s. kimi.
- Sizin ofisiniz
İş vaxtınızdan kənar şəxsi biznesinizi qurmaq istəyirsinizsə, o zaman öz iş yoldaşlarınızdan onların hansı məhsulu və ya xidməti axtardıqlarını soruşun. Bəlkə iş yoldaşlarınızdan biri öz övladlarını rəsm və ya musiqi dərnəklərinə yazdırmaq istəyir? Bəlkə onlardan biri mühasib və ya maliyyə məsləhətçisi axtarır? Bunu bilmək üçün onlarla sadəcə nahar fasiləsi zamanı kiçik bir söhbət aparmanız kifayət edər və bu zaman beyninizdə artıq bir neçə əla fikir formalaşacaqdır.
- Ərzaq mağazası (baqqal)
Dadlı yemək yeməyi xoşlayırsınız? Baqqala gəlib orada öz istədiyiniz ərzağı tapa bilmirsiniz? Bu zaman kulinariya ilə bağlı öz biznes ideyanızı yaratmaq ağlınıza gələ bilər. Ərzaqlarla bağlı startap biznesini quranlar üçün cemlərin hazırlanması, un məmulatlarının və xüsusi pəhriz yeməklərinin (gültensiz, vegeteryan və s.) bişirilməsi çox gözəl seçim ola bilər. Bundan əlavə, siz supermarketdəki məhsullarla bağlı öz qastronomik biliklərinizi də yoxlaya bilər, daha sonra restoran aça və ya ərzaq yükü maşını işlədə bilərsiniz.
- Ticarət mərkəzi
Yerli ticarət mərkəzini gəzib oranı nəzərdən keçirərkən, bəlkə öz pərakəndə satış mağazanızı açmaq ağlınıza gəlib. Məsələn, siz bütün digərlərindən fərqlənəcək evdə düzəldilən təbii kosmetika seriyanızı və ya öz şəxsi geyim seriyanızı buraxa bilərsiniz, ya da min bir xırdavat dükanınızı aça bilərsiniz.
- Uşağınızın məktəbi və ya bağçası
Valideynsinizsə, o zaman bilirsiniz ki, uşağınız üçün göstərilən istənilən xidmət və ya məhsul pulludur. Həmin məhsul və ya xidmət bazarında gördüyünüz çatışmazlıqlar barədə düşünün və sonra mütləq digər valideynlərdən də onların sizinlə həmfikir olub-olmadığını öyrənin. Valideyn deyilsinizsə, o zaman uşaqlı ailələrdən və ya dostlardan onların öz uşaqları üçün hansı məhsulu və ya əşyanı istədiklərini, ya da həmin məhsullarda nəyi yaxşılaşdırmaq istədiklərini, lakin indi tapa bilmədiklərini soruşun. Cavabı bildikdən sonra isə artıq məqsədyönlü şəkildə öz biznesinizi həmin sahədə qura bilərsiniz.
Mənbə: www.businessnewsdaily.com
Mənbə: www.businessnewsdaily.com