“Yeni BEMZ” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 29 aprel 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
“Yeni BEMZ” ASC-nin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
Cəmiyyətin ləğv edilməsi barədə qərarın qəbul edilməsi;
Ləğvetmə prosesi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması və komissiyanın sədrinin və üzvlərinin müəyyən edilməsi;
Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması üçün səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.
Qeyd olunub ki, ümumi yığıncaqda iştirak edən səhmdarların şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsi vacibdir. Əks halda onların iclasda iştirakı qeydə alınmayacaq.












