ABŞ-ın restoranlardan yemək çatdırılması həyata keçirən “DoorDash” startapı son maliyyələşmə raundu çərçivəsində 600 milyon ABŞ dollar cəlb edib.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da servisin dəyəri 12,6 milyard dollara çatıb.
2014-cü ildə təsis edilən “DoorDash” yalnız ABŞ və Kanada bazarlarında çalışır. Fəaliyyəti dövrü ərzində şirkət toplam olaraq 2 milyard dollar investisiya cəlb edib.
Eləcə də bax: Ticarət müharibəsi Çindəki amerikan şirkətlərinə - ZƏRƏR VERİR