Yekaterinburqda Azərbaycanın milli ticarət mərkəzi - "Baku Plaza" açılacaq.
Yekaterinburq KİV-inin məlumatına görə, mərkəzin sentyabr ayında açılacağı planlaşdırılır.
Sahibkarların planlarına görə, müəssisə atelye, təmir yeri və dərzi, kimyəvi təmizləmə də daxil olmaqla məişət xidməti məkanı kimi açılacaq. Sonuncu mərtəbədə "Azərbaycan xalçaları" adlı xüsusi sərgi salonu olacaq. Bundan əlavə, orada gözəllik salonu və meyvə mağazaları da fəaliyyət göstərəcək.
"Baku Plaza"da ümumilikdə təqribən 100 nəfər işləyəcək.