İsti yay günlərində sərin bir otaqda oturub özü-özünə rəhbərlik etməkdən yaxşı daha nə ola bilər ki? Habelə, əgər siz yay mövsümündə 9-dan 5-ə kimi olan iş qrafikindən uzaq qalmaq istəyirsinizsə, o zaman sizi ruhlandıra bilən 9 biznes ideyanı təklif edirik.
- Dondurma təchizatçısı
Yay dedikdə, aglımıza gələn ilk şeylərdən biri də dondurma olur, ələlxüsus əgər siz dəniz qırağında yaşayırsınızsa. Hətta dəniz qırağında yaşamayırsınızsa belə, yenə də hər bir uşaq və böyüklər kimi siz də isti və bürkülü yay günlərində şirin, soyuq bir desert dadmaq istəyəcəksiniz.
Mövsümü iş axtarırsınızsa, o zaman bu ideya sizin üçün mükəmməl biri olacaqdır. Bunun üçün 3 aylıq bir müddətə bir dondurma furqonu icarə edin. Furqon icarəsi təxminən bir neçə yüz dollara başa gəlir və üstəgəl dondurmanın alınma xərcləri. İcarə etdikdən sonra həmin furqonu turistlərin daha çox olduğu məkanlara, daha çox adam sıxlığı olan yerlərə yerləşdirin. Furqonun üstünlüyü ondan ibarətdir ki, siz onunla turistlərin daha sıx yerləşdiyi istənilən rayona gedə bilərsiniz. Bu biznes sizdə uğurlu gedərsə, o zaman bu sahədə davamlı iş görməyi planlaşdıra bilərsiniz və bunun üçün heç də bahalı olmayan artıq istifadə edilmiş ikinci əl furqonlarından ala bilərsiniz. İkinci əl furqonlarının qiyməti təxminən 7000 – 15000 dollar arasında dəyişir, lakin bəzən nisbətən bahalı furqonlara, məsələn, qiyməti 35000 dollar olanlarına da rast gələ bilərsiniz.

- Evlərin yığışdırılması xidməti
Turistlərin sıx şəkildə toplaşdığı məntəqələrdə bir çox insanlar öz investisiyalarını məhz daşınmaz əmlaka qoyurlar, çünki bütün yay mövsümü boyunca çoxlu əcnəbi axını olur. Buna görə adətən ev sahibləri öz mənzillərini qısamüddətli icarə müqaviləsi əsasında digər şəxslərə tam səliqəli və təmiz şəkildə icarəyə verməzdən əvvəl evin təmizliyi ilə bağlı xidmətlərə müraciət edirlər ki, bunun üçün də etibarlı təmizlik xidmətləri olmalıdır.
Bu biznes ideyanı başlamaq çox asandır və xüsusi kapital qoyuluşu tələb etmir. Bunun üçün sadəcə nəqliyyat xərcləri, təmizlik vasitələri və yaxşı işçi qüvvəsinə bir qədər vəsait qoymaq tələb olunur. Bu sadalanan üç şeyə malik olduqdan sonra artıq müştəri toplamağa başlaya bilərsiniz. Günə bir neçə müştərilərin evlərinin təmizlənməsi qrafikini qura bilərsiniz və beləliklə, bütün iş həftəsini doldurmuş ola biləcəksiniz.

- Barbekyu və ya kabab keyterinqi
Yay mövsümündə barbekyu etmək ənənəsi amerikalıların sevimli ənənələrindən biridir. Eyni adət, yəni manqalda kabab bişirmək adəti azərbaycanlılar arasında da yay mövsümündə xüsusilə məşhurdur. Elə ev sahibləri də var ki, bu istidə uzun müddət qızmar manqal arxasında vaxtını keçirmək istəmir. Ona görə də barbekyu və ya kabab keyterinqi mövcud vəziyyətdən ən yaxşı çıxış yoludur.
Barbekyu və ya kabab keyterinqi xidmətini başlamaqdan ötrü sizə sadəcə ilkin kapital lazım olacaqdır. Böyük qrup insanı və ya insanlar kampaniyasını, ailə görüşlərində toplaşan ailələri belə yeməklə təmin etmək üçün sizə böyük manqal almaq və təxminən 3000 dollar məbləğində vəsait lazım ola bilər. Təbii ki, həmçinin manqalda yemək bişirmə incəsənətini də öyrənməniz şərtdir.

- Hovuz üzrə texniki mütəxəssis
Əgər vaxtınızı həm səmərəli keçirmək, həm də rahat bir iş qurmaq istəyirsiniszə, o zaman hovuzları təmizləmək biznesinə başlaya bilərsiniz. Lakin əgər hovuzların təmizlənməsi və onlara xidmət göstərilməsi üzrə rəqabətli bazarda seçilmək istəyirsinizsə, o zaman texniki tərəfləri daha yaxşı öyrənib hovuz üzrə texniki mütəxəssis ola bilərsiniz. Hovuzlara xidmət göstərilməsi üzrə iri şirkətin sahibi olan Uillan Consonun sözlərinə görə bu sahədə işə başlamaqdan ötrü sizə müştəriyönümlü, trendə istiqamətlənmiş texniki biliklər, bacarıqlar və fərasət lazım olacaqdır.
- Su idmanı təlimçisi
Yay mövsümündə çimərliklərdə müxtəlif su idmanı növü ilə məşğul olmaq mümkündür. Əgər siz də yaxşı serfinq edə, avar çəkə və ya digər su idmanı növləri ilə məşğul olursunuzsa o zaman yaxşı pul qazanmaq imkanınız vardır. Çimərlikdə potensial müştərilərinizi axtarmağa başlamazdan əvvəl ilk növbədə sizin şəhərdə daha çox məşhur olan su idman növlərinin hansılar olduğunu araşdırın, öyrətmə sistemini işləyib hazırlayın, bu növ fəaliyyəti göstərə bilməniz üçün hansı sertifikatların lazım olduğunu araşdırın. Ola bilsin ki, hər şeydən çox bu işdə sizin məhz səbrə ehtiyacınız olacaqdır.
- Ev qarovulçusu
Yay mövsümü ərzində bir çox insanlar ailəvi istirahətə çıxırlar və bir qayda olaraq çoxlarına bir neçə aylıq evlərinin qayğısına qala bilən qarovulçu və ya baxıcı adam olması tələb olunur. Bir çoxları öz qohumlarından, dostlarından və ya qonşularından xahiş edir ki, evlərinə göz qulaq olsunlar. Lakin bəziləri bu işi peşəkarlara həvalə etməyə üstünlük verir. Oğruları uzaq tutmaqla yanaşı bu xidməti görəcək peşəkarın vəzifə öhdəliklərinə siz eyni zamanda öz yoxluğunuzda onun görməli olacağı digər tapşırıqları da daxil edə bilərsiniz. Məsələn, ev heyvanınız varsa, heyvanınızın qayğısına qalmağı ona həvalə edə bilərsiniz, və ya qazonunuza, bitkilərinizə baxmağı, poçt qutunuzu yoxlamağı, soyuducunuzu təmizləməyi, və s. kimi işləri ona tapşıra bilərsiniz.
- Yay mövsümü üçün dayə
Bəzən yayda valideynlər bir az fasilə etmək, uşaqlardan dincəlmək istəyir. Bu zaman onlar bir dayə tuturlar ki, həmin dayə çimərlikdə, uşağa birdəfəlik xidmət göstərə bilər və ya ingilis dilli dayə tuturlar ki, uşağa ingilis dilini öyrətsin. Bu kimi bir çox fərqli qazanc əldə etmək variantları vardır. Bunun üstünlüyü isə odur ki, əgər sizin xilasetmə üzrə sertifikatınız və ya uşaqlara təlim keçə bilmə üzrə sertifikatınız varsa, o zaman siz yaxşı pullar qazana bilərsiniz. Çünki valideynlər övladlarının sadəcə evdə oturub vaxtlarını boş-boş keçirmələrinə deyil, onların nəsə öyrənmələrinə üstünlük verirlər.
- Yay təlimi (hazırlığı)
Yay vaxtı dayəlik etməklə yanaşı, eyni zamanda təlimçilik etmək də çox məşhurdur. Valideynlər uşaqlarının vaxtının səmərəsiz şeylərə hədər xərclənmələrinə deyil, faydalı olan bir işə xərcləmələrinə, bilik əldə etmələrinə üstünlük verir. Ona görə də bu məqsədlə öz övladlarını müxtəlif tipli fayda gətirəcək kurslara yazdırırlar.
Hər hansı uşağa təlim keçə bilmək üçün siz bu işin incəliklərini öyrənməlisiniz. Məsələn, riyaziyyatdan dərs deyə bilmək üçün riyaziyyatı yaxşı bilməlisiniz. Əgər hər hansı bir sahəni mükəmməl bilirsinizsə, öz bilik və bacarıqlarınızdan istifadə edin. Öz dərslərinizi interaktiv və maraqlı keçməyə çalışın. Uşaqlar üçün elə bir mühit yaradın ki, onlar özlərini məktəbdəki kimi hiss etməsinlər, əksinə sərbəst və rahat hiss etsinlər və təlim onlara maraqlı gəlsin, öyrənməyə can atsınlar. Çalışın bir çox yay məktəblərində olduğu kimi sərbəst, interaktiv, maraqlı oyun və əyləncələrlə dolu bir təlim keçəsiniz.

- Köhnə, istifadə edilmiş mallar bazarının təşkilatçısı
Öz əşyalarınızın fərdi satışından bir neçə dollar gəlir əldə edə bilərsiniz, lakin irimiqyaslı tədbir təşkil etsəniz əldə edəcəyiniz gəlir daha çox olacaqdır. Böyük bazar təşkil etmək əslində gözlərdən yayınan bir peşədir, lakin kiçik bir araşdırma aparsanız bunu öz işinizə və biznesinizə çevirə bilərsiniz.
Bu işi qurmaq üçün sizə sadəcə tədbiri təşkil edəcəyiniz yeri kirayə götürmək, əşyaların, geyimlərin, qida məhsullarının satışına lazımi icazələr almaq və bu tədbirin keçirilməsi üzrə planı tərtib etmək lazım olacaqdır.
Baxmayaraq ki, bu növ biznesi qurmaq o qədər də çox ilkin kapital tələb etmir, lakin bəzi saytlar bildirirlər ki, bu cür biznesi təşkil etmək üçün ümumi xərclər 10000 dollaradək məbləği təşkil edə bilər.
Yay mövsümü üçün daha maraqlı biznes ideyalarınızı və bu sahədə təcrübənizi səhifəmizdə bizimlə bölüşə bilərsiniz.