İcbari Sığorta Bürosu Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə məlumat yayıb.
FED/az bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.
Məlumata görə növ üzrə İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (Büro) iştirakçısı olan sığorta şirkətlərinin siyahısı belədir: "AtaSığorta" ASC, "Atəşgah" Sığorta Şirkəti ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Xalq Sığorta" ASC.
Məlumat üçün bildiririk ki, sistem 43 Yaşıl Kart Bürosunun təmsil etdiyi 47 üzv ölkədən ibarətdir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.
Tel: +99412 595 00 20, E-mail:[email protected] Web: www.isb.az
Ünvan: Həsən bəy Zərdabi prospekti, 8, Shokolad Tower 1-ci mərtəbə, Bakı, AZ1141