Fevralın 1-dən “Yaşıl dəhliz” istifadəçi hüququnu almaq üçün 237 müraciət daxil olub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov deyib.
O bildirib ki, daxil olan müraciətlərdən 186-sı Gömrük Komitəsi tərəfindən müsbət cavablandırılıb. Müsbət cavablandırılan müraciətlərdən 102-si idxal, 84-ü isə ixrac əməliyyatlarını “Yaşıl dəhliz”dən istifadə edərək həyata keçirmək istəyən şəxslərə verilib. Həmçinin müsbət cavab alan şəxslərin 35-i həm idxal, həm də ixraca, 67 nəfər idxal, 49 nəfər isə ixrac üçün müraciət edib.