Xarici dərman şirkətinin Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi bağlanıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Astellas Pharma” Məhdud Məsuliyyətli Cəmiyyət ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 43 küçəsi, ev 17, mənzil 2 ünvanına bildirə bilərlər.
Bildirək ki, “Astellas Pharma” MMC 2015-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu dərman şirkətinin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Aytən Abasquliyevadır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında fəaliyyət göstərəcək.
Onu da qeyd edək ki, “Astellas Pharma” 1 aprel 2005-ci il tarixdə “Yamanouchi Pharmaceutical Co. LTD” və “Fujisawa Pharmaceutical Co. LTD” şirkətlərinin birləşməsi nəticəsində yaradılan yapon əczaçılıq şirkətidir.
“Astellas Pharma”nın fəaliyyət sahələri – urologiya, immunologiya (transplantasiya), dermotologiya, kardiologiya və infeksion xəstəliklərin müalicəsi üçün istifadə edilən dərman preparatlarının hazırlanmasıdır. Prioritet istiqamətləri – infeksion xəstəliklər, şəkərli diabet, mədə-bağırsaq xəstəlikləri, onkologiya, mərkəzi əsəb sistemi xəstəlikləridir.