2025-ci ilin yanvar ayında Azərbaycan sığorta bazarı üzrə yığımlar 163,7 milyon manata çatıb.
FED.az bu barədə Mərkəzi Banka istiandən xəbər verir.
Məlumata görə bu illik 24,5 milyon manat və ya 17,6% çoxdur.
Ötən ilin yanvar ayında ümumi sığorta bazarı 139,1 milyon manatdan çox idi.
Bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi də 8,8 milyon manat və ya 22,8% artaraq 47,6 milyon manata yüksəlib.
Belə ki, 2024-cü ilin yanvarında sığorta ödənişləri təxminən 38,8 milyon manat idi.
Sığorta bazarının zərərlilik göstəricisi də artıb. Belə ki, bu ilin ilk ayı ərzində toplanmış hər 100 manat sığorta haqqının 29 manatı ödənişə yönəldilib.
Ötən ilin eyni dövründə bu rəqəm 28 manat idi.