Yanvarda Naxçıvanda böyük məbləğdə nizamnamə kapitalına malik 6 şirkət qeydiyyata alınıb.
Naxçıvanda nizamnamə kapitalı 74,3 min manat olan yeni şirkət yaradılıb
Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar ayında böyük məbləğdə nizamnamə kapitalına malik olan bir sıra şirkəti qeydiyyata alıb. Şirkətlərin hüquqi ünvanı Naxçıvan şəhəridir.
FED.az xəbər verir ki, 2023-cü il yanvarın 12-də 8 milyon 249,982 min manat nizamnamə kapitalı ilə “GƏMİQAYA İNŞAAT” MMC (VÖEN 201378861) qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Vüsar Məmmədovdur.
Bundan başqa, yanvarın 17-də “NAXPROPERTY-S” MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 4 milyon 232,4 min manat, qanuni təmsilçisi Arif Yusifovdur.
Arif Yusifov, eyni zamanda, 300 min manat nizamnamə kapitalı olan “ASAF-M” MMC-nin qanuni təmsilçisidir. Şirkət 2023-cü il yanvarın 16-da qeydiyyata alınıb.
Bundan əlavə, Naxçıvan şəhərində qeydiyyata alınmış 3 şirkətin “CALAL-N” MMC (nizamnamə kapitalı 414,4 min manatdır), “NUSRAT-H” MMC (nizamnamə kapitalı 500 min manatdır) və “GUNDUZ-M” MMC-nin (nizamnamə kapitalı 360 min manatdır) qanuni təmsilçisi Zamin Məmmədovdur.
Şirkətlərin fəaliyyət sahələri barədə məlumat verilmir. (İnterfaks-Azərbaycan)