2019-cu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (27,1 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 21,4 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (10,7 milyon ABŞ dolları) üçüncü olub.
Eləcə də bax:Azərbaycandan ən çox məhsul - İXRAC EDƏN ÖZƏL ŞİRKƏTLƏR - SİYAHI
FED.az İxrac İcmalına istinadən xəbər verir ki, ümumiyyətlə, 2019-cu ilin 10 ayı ərzində meyvə-tərəvəz ixracı 455,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 161,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,9 milyon, pambıq lifi ixracı 91,8 milyon, kimya sənayesi məhsullarının ixracı 86,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 50,9 milyon, pambıq ipliyi ixracı 24,5 milyon, şəkər ixracı 24,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 21,4 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 62 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 56 faiz, pambıq lifinin ixracı 42 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ipliyinin ixracı 28 faiz, meyvə-tərəvəzin ixracı 12 faiz, şəkər ixracı 10 faiz, elektrik enerjisi – 6 faiz artıb.
2019-cu ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 160 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 16 milyon ABŞ dolları və ya 11 faiz artıb. Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (68,3 milyon ABŞ dolları), İsveçrəyə (22,4 milyon ABŞ dolları), Türkiyəyə (20,6 milyon ABŞ dolları), Gürcüstana (8,3 milyon ABŞ dolları) və Ukraynaya (7 milyon ABŞ dolları) ixrac edilib.