Bakıda fəaliyyət göstərən “HZ Qida Məhsulları” MMC (ictimaiyyət arasında “Xurcun” kafelər və butiklər şəbəkəsi kimi tanınır) barəsində operativ vergi nəzarəti çərçivəsində aparılan yoxlamaların nəticəsi olaraq, şirkətə 3000 manat məbləğində maliyyə cəzası tətbiq edilib.
Tarif Şurasının qaydalarına əməl etməyən - "ZEYTUN PHARMACEUTİCALS" CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, maliyyə sanksiyası müəssisənin əhali ilə nağd hesablaşmalar zamanı vergi qanunvericiliyinin tələblərinə əməl etməməsi səbəbilə tətbiq olunub. Vergi əməkdaşları tərəfindən hazırlanmış aktda, qeyd olunan sahədə bir sıra pozuntuların qeydə alındığı əks olunub.
Bu “HZ Qida Məhsulları” MMC-nin vergi qanunvericiliyi ilə bağlı ilk pozuntusu deyil. Belə ki, 2022-ci il üzrə vergi hesabatının və ya onu əvəz edən arayışın vaxtında təqdim olunmamasına görə şirkətə 2 hal üzrə ümumilikdə 80 manat, 2023-cü il üzrə isə 1 hal üzrə 40 manat maliyyə sanksiyası tətbiq olunmuşdu.
“HZ Qida Məhsulları” MMC-nin nizamnamə kapitalı cəmi 500 manat təşkil edir. Şirkətin rəsmi təmsilçisi Hikmət Abdullayev Cəlal oğludur. Diqqətçəkən məqam odur ki, eyni şəxs eyni zamanda “Xurcun Chain of Boutiques” MMC-yə də rəhbərlik edir.
Vergi orqanları bu kimi halların qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirməyi planlaşdırır.