FED.az xəbər verir ki, “Xudat Balıq” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 19 oktyabr 2018-ci il saat 14.00-da, Xudat şəhəri, Müqtədir qəsəbəsində yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir.
1.“Xudat Balıq” ASC-nin 2017-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
2.“Xudat Balıq” ASC-nin idarəetmə və nəzarət orqanlarının seçilməsi.
Səhmdarlar növbəti illik ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10 .00-dan 18.00-dək, səhmdar cəmiyyətin Xudat şəhəri, Müqtədir qəsəbəsində yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir.
Ünvan: Xudat şəhəri, Müqtədir qəsəbəsi.
“Xudat Balıq” ASC-nin səhmdarları toplaşır
10:22
4 Sen 2018