Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) və Caspian European Club-un 2018-ci il noyabrın 20-nə nəzərdə tutulmuş birgə biznes-forumu noyabrın 16-na keçirilib. Bu barədə FED.az-a Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Biznes-foruma DMX-nin rəisi Vüsal Hüseynov sədrlik edəcək. Görüş iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlərin xahişi və Caspian European Club-un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş təklif və məsələlərin müzakirəsi zamanı irəli sürülmüş təşəbbüs nəticəsində təşkil olunur.
Biznes-forumda Caspian European Club-un şirkət rəhbərlərinin miqrasiya siyasəti ilə bağlı təklif və təşəbbüsləri müzakirə ediləcək. Forum çərçivəsində həmçinin biznesmenlərə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
“Öz tərəfimizdən qeyd etmək istəyirəm ki, Dövlət Miqrasiya Xidməti və şəxsən Vüsal Hüseynov biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərin bütün xahiş və təkliflərinə dərhal münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev söyləyib.
Biznes-forumda http://caspianenergy.org/