ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gavin Newsome, ştatda xəz məhsullarının istehsalını və satışını qadağan edən qanunlar paketini imzalayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni qanun 2023-cü ildə qüvvəyə minəcək.
Eləcə də bax: “Femina” xəz-dəri mağazasında da - YOXLAMA BAŞLADI
Mətbuat açıqlamasında deyilir ki, yeni qanun mal-qara və qoyun dərisi və ya dini ayinlərdə istifadə olunan xəzə şamil edilmir. Qanun, həmçinin lisenziyalı ov zamanı əldə edilən heyvan xəzlərinə və hal-hazırda istifadədə olan xəzlərə şamil edilmir.
“Kaliforniya – heyvanların rifahı sahəsində liderdir və bu gün bu rəhbərlik xəz satışına qadağa qoyur. Biz bütün dünyaya ayı və pələnglər kimi gözəl vəhşi heyvanlara toxunmamağı öyrətmək istəyirik”, – Newsom bildirib.
Qubernator ayrıca bildirib ki, hökumət sirklərdə heyvanlara göstərilən rəftardan narahatdır. “Sadəcə YouTube-u açın və sirklərdəki heyvanlarla rəftara baxın”, – qubernator əlavə edir.
Kaliforniyadan başqa xəz satışı həmçinin Los-Anceles və San-Fransiskoda da qadağan edilmişdir. ABŞ-ın Nyu-Cersi və Havay adalarında sirklərdə vəhşi heyvanların nümayiş etdirilməsi qadağan edilib. Son illərdə xəz dəridən “Prada”, “Michael Kors”, “Jimmy Choo”, “Armani”, “Calvin Klein”, “Hugo Boss”, “Ralph Lauren”, “Gucci”, “Versace” və “Chanel” kimi böyük brendlər imtina ediblər.