14 iyun 2024-cü il tarixində saat 11:00-da “Xətai Ticarət-108” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 ünvanında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Əsas səhmdarın “Xətai Ticarət-108” ASC-dən ayrılmaq istəyi ilə əlaqadar əmlakın naturada bölgüsünün təsdiq olunması.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (077)-355-01-22 “Xətai Ticarət-108” ASC-nin icra orqanı