Cari ilin yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarında iştirak edən fiziki və hüquqi şəxslərin sayı artıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 11 047 fiziki, 6 258 hüquqi şəxs ticarət əməliyyatlarında iştirak edib. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə fiziki şəxslərin sayı 4 388 və ya 39,7 faiz, hüquqi şəxslərin sayı isə 1 035 və 16.5 faiz artıb.
DGK-nın hesabatına əsasən, xarici ticarət əməliyyatların özəl sektor üzrə hüquqi şəxslərin sayı 1 035 və ya 17,1 faiz yüksəlib. Belə ki, cari ilin doqquz ayında özəl sektorda 6 041 hüquqi şəxs iştirak edib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 17 305 fiziki və hüquqi şəxsi dünyanın 176 ölkəsi ilə idxal-ixrac əməliyyatları həyata keçirib
Xariclə ticarət edən sahibkarların sayı artıb - HESABAT
11:35
13 Okt 2018