Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların miqdarı açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə, xarici vətəndaşları bank kartları ilə apardıqların əməliyyatların həcmi 2018-ci ilin yanvar-avqust aylarında 887,7 mln manat olub.
Belə ki, xarici vətəndaşların 2016,2017 və 2018-ci il üzrə Azərbaycanda xərclədikləri pulun ümumi məbləği 1 mlrd 948,4 mln manat olub.
Tursistlərin 2018-ci il üçün xərclədikləri pulun ümumi məbləği 2017-ci ilə nisbətən 26,11% və ya 183,8 mln manat artıb.
Xatırladaq ki, 2016-cı ilin yanvar-avqust aylarında turistlərin Azərbaycanda xərclədiklərin pulun ümumi miqdarı 356,8 mln manat, 2017-ci il üzrə isə 703,9 mmln manat olub.
Xarici vətəndaşlar Azərbaycanda nə qədər pul xərcləyiblər?
11:58
2 Okt 2018