Azərbaycanda Vergi qanunvericiliyinə daha bir yeniliyin tətbiq edilməsi təklif edilir. FED.az xəbər verir ki, təklif olunan dəyişiklik qüvvəyə minərsə xarici ölkələrin vergi orqanları Azərbaycanda vergi yoxlaması həyata keçirə biləcək. Lakin bu yoxlama o zaman aparıla bilər ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallar olsun.
Eləcə də bax:Vergi Məcəlləsinin «ən pis» maddəsi dəyişdirilir - AÇIQLAMA
Bu məsələ ilə bağlı təklif olunan 38.1-1. Maddədə göstərilir ki, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanan Azərbaycan Respublikasının dövlətlərarası və hökumətlərarası müqavilələrində nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının dövlət vergi orqanları və digər dövlətin vergi orqanları Azərbaycanda və ya həmin digər dövlətdə fəaliyyət göstərən vergi ödəyicisində birgə vergi yoxlamaları apara bilərlər.
Eləcə də bax:Əmlakı 1 milyon manatdan artıq olan mikro sahibkarlar - ƏMLAK VERGİSİ VERƏCƏK