Xarici ölkənin Azərbaycandakı səfirliyində çalışan şəxsin vergi öhdəliyi nədən ibarətdir?
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, Azərbaycan Respublikası ərazisində diplomatik nümayəndəliklərdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.
Eləcə də bax: Dünyada gəlir vergisinin tutulmadığı - 10 ÖLKƏ - SİYAHI
Belə ki, sözügedən yerlərdə çalışan şəxslərin əməkhaqqından vergilər 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcəsi ilə vergi hesablanır.