Hesabat dövründə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21.1 milyon ABŞ dolları) birinci, karbamid (21 milyon ABŞ dolları) ikinci, xurma (19.3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.
Bundan başqa bu dövrdə 14,7 milyon dollarlıq pomidor, 13,9 milyon dollarlıq fındıq, 11,1 milyon dollarlıq metanol ixrac edilib.
Pambıq mahlıcının ixrac dəyəri 9,2 milyon dollara, elektrik enerjisinin isə dəyəri 7,8 milyon dollara bərabər olub.