Bu ilin ilk 3 ayı ərzində və ötən ay xaricə ən çox ixrac edilmiş məhsulların adları məlum olub.
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.
2024-cü ilin yanvar-mart ayları ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (56,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (45 milyon ABŞ dolları) ikinci, elektrik enerjisi (40,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin mart ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,9 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (15 milyon ABŞ dolları) ikinci və ilkin formalı polipropilen (12 milyon ABŞ dolları) üçüncü olub.