Gürcüstan işgüzar məqsədlə ölkəyə gələcək bütün xarici iş adamlarını qəbul edəcək.
Eləcə də bax: Gürcüstan bir neçə ölkə vətəndaşları üçün - SƏRHƏDLƏRİNİ AÇIR
FED.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müşaviri İrakli Çikovani brifinqdə bildirib.
O deyib ki, bu qərar iqtisadi fəaliyyətin təşviqi məqsədi daşıyır.
Müşavirin sözlərinə görə, ölkəyə gələcək biznesmenlər xüsusi formanı doldurmalı olacaqlar: “Xarici vətəndaşlar COVID-19-la bağlı hər 72 saatdan bir test olunmalı və ya 14 günlük məcburi karantinə alınmalıdırlar. Hər iki halda bütün xərcləri iş adamları öz hesablarına ödəməli olacaqlar”. (Report)