Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) “Birbaşa xarici investisiyaların təşviqinə dair 2018-2023-cü illər üçün strategiya” hazırlayıb.
Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, ölkədə birbaşa xarici investisiyaların cəlb edilməsi və beynəlxalq müstəvidə ölkənin cəlbedici investisiya məkanı kimi imicini formalaşdırılması məqsədi ilə hesabat dövrü ərzində Azpromo tərəfindən “Birbaşa xarici investisiyaların təşviqinə dair 2018-2023-cü illər üçün strategiya” hazırlanıb.