2019-cu ilin 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 13 milyon 28 min dollar dəyərində 8 031 ton süd idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 11 ayı ilə müqayisədə 2019-cu ilin 11 ayında süd idxalı məbləğ ifadəsində 1 milyon 984 min dollar artıb, miqdar ifadəsində isə 58 ton azalıb.
Eləcə də bax: Azərbaycanın idxal etdiyi südün – QİYMƏTİ ARTIB
2018-ci ilin 11 ayında Azərbaycana 11 milyon 44 min dollar dəyərində 8 089 ton süd idxal edilmişdi.
1 ton südün idxal qiyməti 1365 dollardan 1 622 dollara yüksəlib.
Marja