Son illərdə bir çox istehlakçılar (alıcılar) pərakəndə mal-məhsulların xaricdə daşıma (kuryer) şirkətləri ilə sifariş verməkdə maraq daha çox artmaqdadır.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən daşıyıcı şirkətlərin təklif etdiyi xidmətləri və onların qiymətlərinin müqayisəsini təqdim edir. Müqayisə hazırda ölkə bazarında bu növ fəaliyyətlər üzrə daha aktiv görünən – “Comex”, “Mover”, “StarExpress”, “Azex” və “Limak” kimi daşıma şirkətlərinin arasında aparılıb.
Eləcə də bax: Yükünüz ağırdır? - Bakının ən sərfəli yükdaşıma şirkətləri - QİYMƏTLƏR
Daşıma şirkətləri – Ölkə qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirən xidməti qurumdur. Məsələn, Türkiyədə bəyəndiyiniz üst geyimi vardır, həmin şirkətlərin Azərbaycana məhsulun çatdırılması imkansız. Bu zaman məhsulu sifariş vermək üçün daşıma şirkəti, onlarda müəyyən olunmuş balansı (vəsaiti) yerləşdirməklə ölkənizə gətirib çıxarmaqda yardımçı olacaqlar.
Yəni yaşadığınız şəhəri tərk etmədən Türkiyədən karqo haqqı müqabilində yerli bazardan bir neçə dəfə hətta sərfəli qiymətə istədiyiniz məhsulu əldə edəcəksiniz.
Üstün cəhətləri daha çox çeşidin olması və qeyd etdiyimiz kimi yerli bazardakı ilə eyni keyfiyyətdə ucuz məhsul əldə edə bilməyinizdir. Bu da büdcənizə qənaət edə bilmə imkanı verir.
Mənfi tərəfi isə sifariş vermək istədiyiniz məhsulun hansı formada və ölçüdə olacağını yalnız əyani şəkildə görə bilirsiz, məhsul bəzi hallarda 7 gündən çox müddətə gəlib çıxa bilir.
Vacib məqamlar:
– Tövsiyə olunur ki, qeydiyyatdan keçərkən bir neçə vacib məqama diqqət edilsin. Əsasən, telefon, ad-soyad (ingilis şiriftlərindən istifadə edilməlidir: Əhməd Əhmədov – Ahmad Ahmadov), şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu və yaşadığınız yerin dəqiq ünvanı kimi nüaslar.
– Digər məsələ isə sifariş verəcəyiniz məhsulların üzərinə qoyulan kvotadır. Yəni, fiziki şəxs olaraq 30 gün ərzində 1.000 ABŞ dolları məbləğinədək olduqda gömrük orqanları tərəfindən gömrük rüsumu tutulmur. Sifarişin dəyəri 30 təqvim günü ərzində 1.000 ABŞ dolları məbləğindən artıq olarsa, sifarişçi sifarişin ümumi dəyərinin 36 faizi miqdarında gömrük rüsumu ödəməli olacaq.
– Sifariş edilmiş məhsulun ölçüləri 1 m keçərsə bunun üçün əlavə tariflər hesablanır.
– Sifariş edilən malların sığortalanması daşıyıcı şirkətlər tərəfindən həyata keçirilmir və buna görə şirkət heç bir məsuliyyət daşımır. Bağlama daşıyıcının xarici anbarında təhvil alınana qədər daşıyıcı bağlama üzərində heç bir məsuliyyət daşımır.
– Bağlamanın daşıyıcı şirkətin ofisinə daxil olması barədə sifarişçiyə məlumat verildiyi andan etibarən şirkət tərəfindən müəyyən olunan gün ərzində sifarişçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün saxlama haqqı hesablanır.
– Qadağan olunmuş mobil telefon, məhsulları (və ya hansısa kimyavi element və s.) sifariş verməklə hesabınız bloklana bilər.
– Məhsul ölkəyə daxil olarkən daşıyıcının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirilməsi hüququ vardır.
İndi isə şirkətlər barədə:
“Mover.az”
Mover.az ilə siyahımızda yer alan şirkətlər üzrə 1 kq üzrə bağlamaya tətbiq etdiyi tarifə görə ən bahalısıdır. Məsələn, Türkiyədən 1 kq-lıq bağlamanın ölkəyə gətirib çıxarmaq 6,50 ABŞ dolları və ya 11,5 manata başa gələcək.
Ölkələr üzrə: BƏƏ -dən həftədə 1 dəfə, ABŞ-dan həftədə 1 dəfə və Türkiyədən həftədə 3 dəfə sifariş etmə imkanınız var. Çatdırılma müddəti 3-7 günü əhatə edə bilir.
Lakin, sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.
Bu daşıyıcıda balansınızı plastik bank kartla artıra bilərsiniz.
“Comex.az”
“Comex” veriləcək ölkələrin siyahısna görə daha üstün görünür. Almaniya, BƏƏ, Böyük Britaniya, ABŞ, Çin və Türkiyədən hər hansısa bağlamanın sifarişi mümkündür.
Bağlama “Comex”in Almaniya və Çin anbarına daxil olduqdan sonra 3-5 iş günü ərzində; BƏƏ və ABŞ anbarlarından birinə daxil olduqdan 7-10 iş günü ərzində, Türkiyə, İngiltərədən isə 3 iş günü ərzində Bakıya çatdırılır. Hazırda şirkət həftədə 2-3
Comex.az-ın daha bir üstün cəhəti Azərbaycan dili ilə paralel Rus və İngilis dillərində də istifadəsi əlçatandır.
Balans artımını plastik bank kartı ilə mümkün edə bilərsiniz.
“StarExpress”
“StarExpress” və ya starex.az yalnız Türkiyə və ABŞ-dan bağlama sifarişini gətirə bilir.
Şirkət qeyd edir ki, Türkiyədən çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılı olaraq dəyişir. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün aralığında olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddəti uzana bilər. Satıcı firma sizin sifarişinizi daşıyıcı şirkətin xaricdəki anbarımıza çatdırdıqdan 3-5 gün sonra sifarişiniz Bakıda olur. Türkiyədən Azərbaycana çatdırılma həftədə 5 dəfə həyata keçirilir.
Balansı artımında yalnız bank kartı deyil, ödəniş terminalı (eManat) ilə də aparmaq olur.
“Limak”
“Limak” və ya limak.az ölkə üzrə bağlama daşımalarında ən aşağı tarif tətbiq edən daşıma şirkətidir. Hazırda 1 kq üzrə məhsulun Türkiyədən gəitirilməsi 4,50 dollara və ABŞ-dan isə 5,99 dollara mümkündür.
Balansınızı bank kartı ilə yanaşı “MilliÖn” ödəniş terminalında həyata keçirə bilərsiniz.