Xarici ölkələrdən Azərbaycanın ev təsərrüfatlarına göndərilən pullar kəskin azalıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2019-cu ilin ilk 9 ayının sonuna tədiyə balansında bildirilir.
Eləcə də bax: Xaricdən Azərbaycana göndərilən pullar - AZALIB
Hesabata görə, xaricdən ev təsərrüfatlarına (əhaliyə) göndərilən pulların həcmində ciddi azalma var. Ötən ilin 9 ayında xaricdən 802 mln. dollar göndərildiyi halda, bu il həmin göstərici 110 mln. dollardan çox azalma ilə 692 mln. dollara enib.