“Mənimlə əlaqə saxladılar və bildirdilər ki, Vüsalın fotosu olan məhsul istehsal etmək istəyirlər, razılıq verdim”.
FED.az xəbər verir ki, bu sözləri topçu Vüsalın atası İslam Şahkərimov Modern.az-a açıqlamasında oğlunun təsviri olan “Topçu” arağına münasibət bildirərkən deyib.
Eləcə də bax: Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - Foto
O qeyd edib ki, bunun üçün şirkətlə hansısa müqavilə imzalanmayıb və ödəniş olunmayıb: "Amma indi narazılıq yarandığını görürəm. Ona görə də qərara gəldim ki, şirkətə oğlumun fotosu olan məhsulun istehsalının dayandırılması ilə bağlı müraciət edim. Çünki anlayıram ki, doğru qərar olmayıb”.