Azərbaycanda özəl sektorun qarşılaşdığı məsələlər və onların həlli yolları 2025-ci ilin prioritetləri sırasında yer alacaq.
"Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı effektiv nəticə verir"
FED.az xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Su şəbəkəsinə qoşulma" İşçi qrupunun mətbuat konfransında deyib.
O qeyd edib ki, aparılmış islahatların nəticələri və həyata keçirilmiş dəyişikliklərin təsirləri təqdim olunmaqla yanaşı, qarşıdakı il üçün prioritetlər də müzakirə ediləcək:
"Davamlı dəyişikliklər bizim üçün əsas məsələlərdən biridir. Buna görə də, özəl sektoru maraqlandıran məqamları diqqətə almaq, onların qarşılaşdığı problemləri dinləmək vacibdir. Bu görüşdə iştirakçılarla birgə 2025-ci ilin yol xəritəsində əks olunacaq tədbirləri müəyyənləşdirəcəyik".
O əlavə edib ki, görüş çərçivəsində həm aparılan islahatların təqdimatı, həm də yeni hədəflərin və prioritetlərin müəyyən edilməsi istiqamətində iş aparılacaq. (Apa)