“Veysəloğlu” Şirkətlər Qrupu Novruz bayramı ərəfəsində özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində aztəminatlı ailələr və sosial qayğıya ehtiyacı olan vətəndaşlarla görüş keçirib.
Şirkətdən FED.AZ-a verilən məlumata görə, “Veysəloğlu” Qrupa daxil olan “Veysəloğlu” MMC, Ulduz şokolad fabriki, Araz Supermarketlər şəbəkəsi, həmçinin OBA marketlər şəbəkəsi Qızıl Aypara Cəmiyyəti, “Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Nizami rayonu, “Əlil və Veteranlar” İctimai Birliyinin Abşeron rayonu, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nizami və Yasamal rayonu bölmələri, “Bakı Müharibə Əlil və Veteranlar” İctimai Birliyinin üzvləri, Binəqədi və Nizami Rayonu İcra Hakimiyyətinin qeydiyyatında olan bir qrup veteranlara, şəhid və aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim edib.
Görüşlər Araz Supermarketlər və OBA marketlər şəbəkələrinin qarşısında baş tutub.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu ənənəvi olaraq bütün bayramlarda 500-ə yaxın sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirir, onları bayram ərzağı ilə təmin edir.
“Veysəloğlu”dan Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə - NOVRUZ SOVQATI
14:01
21 Mart 2019