Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələrinin həyata keçirilməsini davam etdirir.
FED.az xəbər verir ki, şirkətin nümayəndələri bu dəfə Bakının Binəqədi rayonunda yerləşən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət edib, valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüblər.
Əməkdaşlar 40-a yaxın uşaqla yaxından maraqlanıb, onların əhvalını yüksəltməyə, mənəvi dəstək olmağa çalışıblar. Sonda uşaqlara Veysəloğlu Şirkətlər Qrupu adından hədiyyələr təqdim edilib.
Qeyd edək ki, bundan əvvəl də Veysəloğlu Şirkətlər Qrupu diqqət və qayğıya ehtiyacı olan uşaqlarla bağlı çoxsaylı layihələr həyata keçirib və bu dəstək bundan sonra da davam etdiriləcək.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ qaziləri və müharibə veteranlarına, həmçinin təhsil, idman və s. sahələrdə də dəstək xarakterli layihələr həyata keçirir.