Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.
FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupu bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətimizin atdığı addımları dəstəkləyir və daim ordumuzun, xalqımızın yanındadır.
Qeyd edək ki, Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin çağışına Veysəloğlu Şirkətlər Qrupunun işçiləri də dərhal cavab verib. Hazırda Qrupa daxil olan şirkətlərin yüzlərlə əməkdaşı səfərbər olaraq ordu sıralarında Vətənin müdafiəsindədir.