Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəsəbəsi.
İş təcrübəsi: Sahə üzrə min. 3 il
Təhsil: Ali
Yaş həddi: 23-36
İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir.
Vəzifə öhdəlikləri:
- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- Statistika hesabatlarını hazırlamaq;
- Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.
Tələblər:
- Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Sənədləşdirmə və yazımşa işlərini aparmaq qabiliyyəti ;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat ilə çatdırılır;
- Nahar ilə təmin edilir;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi;
- Endirimli tibb xidməti.
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.