Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Daxili nəzarət mütəxəssisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2-3 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-35
İşin Təsviri:
Risklərin qiymətləndirilməsi, maliyə hesablarının dəqiqliyini, etibarlığını və mühasibat uçotu məlumatları sistemlə düzgün tədbiqini nəzarətdə saxlamaq.
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq;
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
- İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
- Baş vermiş dələduzluq hallarını aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək.
Tələblər:
- Dəqiq və məsuliyyətli olmaq;
- Problemləri həll etmə bacarığı;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclər ilə qarşılanır;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili nəzarət mütəxəssisi” yazmaqla CV göndərərək müraciət edilir.