FED.az xəbər verir ki, qida sektorunda uzun müddətdir ki, fəaliyyət göstərən, 9000-dən çox işçi sayına sahib olan Veysəloğlu Şirkətlər Qrupu Kadr planlama üzrə Mütəxəssis vakansiyasını elan edir.
İşin təsviri:
- Şirkətin İnsan resursları siyasətinin həyata keçirilməsi;
- İnsan resursları planlamasına uyğun iş fəaliyyətinin icrası edilməsi;
- İş analizlərinin aparılması;
- “İşçi hərəkəti ilə bağlı” hesabatlarının hazırlanması və analizlərin edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Əmək məcəlləsi üzrə qanunvericilik bilikləri;
- MS Office proqramları üzrə biliklər ( excel biliklərinin yüksək olması arzuolunandır);
- Komanda işinə uyğunluq;
- Ünsiyyət və analitik düşünmə bacarığı;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.
İş Şərtləri:
- Həftədə 5 iş günü, 09:00 – 18:00, şənbə günləri 09:00-16:00;
- Nahar şirkət hesabına verilir.
- Ümumi heyyət üçün nəqliyyat xidməti mövcuddur.
Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.
Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına Mövzu yerində “Kadr planlama üzrə Mütəxəssis” qeyd etmək şərtilə göndərməkləri xahiş olunur.