Şirkət haqqında
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifənin adı: Daşınmaz əmlak üzrə Mütəxəssis
İş təcrübəsi: Satış sahəsində iş təcrübəsi üstünlükdür (Ekspeditor və s.)
Təhsil: Orta və ya Ali
İxtisas Bilikləri və Bacarıqlar: Tələblər:
Fəal olmalı
Şəxsi maşını və sürücülük vəsiqəsi olmalı
Şəhəri yaxşı tanımalı
Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)
Kompyuter Bilikləri: MS Office proqramları biliyi
VƏZİFƏ FUNKSİYALARI:
Şəxsi avtomobil ilə şəhərin müəyyən bölgəsində yeni açılacaq marketlər üçün əmlakların tapılması
Əmlaklar haqqında məlumatların əldə edilməsi
Rəhbərliyə əmlaklar barədə hesabat verilməsi
İş qrafiki: 6 günlük
Yaş həddi: 24 - 40
Əmək haqqı və digər Sabit əmək haqqı + bonus; Nahar şirkət tərəfindən verilir
İş yeri: "Bakı, Qərb, Şimal və Cənub rayonları üzrə vakansiyalar aktivdir. Vakansiyanın tələblərinə cavab verən və
Rayonlarda yaşayan namizədlər də öz rayonları üzrə müraciət edə bilərlər."
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Daşınmaz əmlak üzrə mütəxəssis" qeyd edilməsi xahiş olunur.