FED.az xəbər verir ki, "Veysəloğlu" şirkəti Mühasibat uçotu departamentinə Böyük Mühasib vəzifəsi üzrə vakansiya elan edib.
Təcrübə, bilik və bacarıqlarınız:
- İqtisadiyyat,maliyyə,mühasibat uçotu və audit sahəsində bakalavr/magistr təhsili;
- Maliyyə sahəsində minimum 3 il təcrübə;
- Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
- Logo Tiger və Mikro ERP proqramlarından sərbəst istifadə bacarığı arzuolunandır;
- Maliyyə,İdarəetmə,Vergi və İFRS üzrə kvalifikasiyalar;
- Daim inkişafa meyillilik;
- Dürüstlük, obyektivlik və təşəbbüskarlıq.
Qazanacağınız təcrübə:
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq müəssisənin maliyyə nəticələrini əks etdirən maliyyə hesabatlarını hazırlayaraq Baş mühasibə təqdim etmək;
- İkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək və təkliflər vermək;
- Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- Müəssisədə mövcud olan bütün maddi və qeyri maddi aktivlərin inventarizasiyasını təşkil etmək;
- Sənədlər mübadiləsi prosesinin düzgün qurulmasını təşkil etmək;
- Əsas vəsaitləri reyestrin yaradılmasını təşkil etmək;
- Müqavilələr üzrə reyestri yaratmaq;
- Xərclərin tanınması qaydalarını və təsnifatının yaratmaq;
- Sənədlərə baxış və müvafiq tövsiyələrin verilməsi.
Sizə nə vəd edilir:
- Rəqabətədavamlı əmək haqqı
- Müddətsiz əmək müqaviləsi
- Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
- Dinamik iş şəraiti
- İşgüzar və mehriban kollektiv
- Nəqliyyat təminatı
- Nahar yeməyi