Azərbaycan Respublikası prezidentinin çağırışına cavab olaraq Veysəloğlu Şirkətlər Qrupu Koronovirusla Mübarizə kompaniyasına qoşulub.
FED.az xəbər verir ki, Şirkətlər Qrupu Koronovirusla Mübarizə Fonduna dəstək olaraq 1 milyon manat məbləğində vəsait ayırıb.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bütün şirkətlər hər zaman olduğu kimi bu gün də əhalinin gündəlik tələbat məhsulları ilə təmin edilməsi üçün tam gücü ilə fəaliyyət göstərir. Qrupa daxil olan marketlər şəbəkələrinə qida və qeyri-qida məhsullarının fasiləsiz çatdırılması təmin olunur, anbarlarda kifayət qədər qida məhsulları var.
Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildən istehsalat, idxalat, ixracat və pərakəndə ticarət sektorunda fəaliyyət göstərir.