Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə - İxracat üzrə texniki işlər mütəxəssisi
İş yeri - Bakı şəhəri
İş təcrübəsi: 2-5 il
Təhsil: Ali təhsil
İşin Təsviri: İxracat prosesinin sənədləşdirilməsini həyata keçirmək üçün ixracat sənədlərinin hazırlanması.
Vəzifə öhdəlikləri:
- İxracat sifarişlərini müvafiq proqram təminatına işləmək;
- Hesab-faktura və keyfiyyət sertifikatlarını yoxlanmasını və imzalanmasını təmin etmək;
- Hasilat norması, müqavilə, hesab-faktura, keyfiyyət, uyğunluq, gigiyenik sertifikatlarını və gömrüyə qədər toplanması lazım olan digər sənədləri toplamaq;
- Toplanmış sənədləri vaxtında brokerə təqdim etmək;
- Nəqliyyat vasitəsi gömrükləndikdən sonra gömrük inspektorundan sənədlər toplusunu alıb, elektron formada şöbə müdirinə göndərmək;
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək.
Tələblər:
- MS ofice proqramları biliyi;
- Rus dili və ingilis dili biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İxracat üzrə texniki işlər mütəxəssisi” yazıb göndərməklə müraciət edilir.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Çörəkçi (Entree Azərbaycan MMC)
İş yeri: Azərbaycan, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 220 (28 May filialı)
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
Yaş həddi: 18-40
İşin Təsviri: Fransız reseptləri əsasında çörəklərin bişirilməsi.
Vəzifə öhdəlikləri:
- Fransız reseptlərinə əsasən çörəklər bişirmək;
- Gün ərzində gərəkli olan bütün ərzaqları öncədən bildirmək;
- İstifadə olunacaq inqrediyentlərin təmizliyinə və yüksək keyfiyyətdə olmasına nəzarət etmək;
- Sifarişləri vaxtında yerinə yetirmək.
Tələblər:
- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli.
Təminatlar:
- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.
İş qrafiki:
1-ci növbə: 07:00-15:00
2-ci növbə: 08:00-16:00
3-cü növbə: 13:00-21:00
Həftədə 1 dəfə gecə növbəsi: saat 01:00-dan 08:00-a kimi (yol xərci qarşılanır)
Əlaqə nömrəsi: 055 505 91 51
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Çörəkçi-Entree” yazıb göndərməklə müraciət edilir.