Veysəloğlu Şirkətlər Qrupu
Vəzifə: Müştəri əməliyyatları üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 22-35
İşin Təsviri: Müştərilərlə bağlanmış müqavilələrə nəzarət, müştəriləri aidiyyatı proqramlarda aktivləşdirmək və müştəri bazasını yaratmaq.
Vəzifə öhdəlikləri:
- Mövcud kampaniyaların hesablanması, satış endirimlərinin sistemə işlənilməsi;
- Müqavilə bağlanan hüquqi və ya fiziki şəxslərin məlumatlarının dövlət sturkturlarında yoxlanılması və müştərilərə qeydiyyat kartlarının açılması;
- Kassa mədaxil orderlərinin sistemə daxil edilməsi;
- Hesabatların hazırlanması.
Tələblər:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- MS Office proqramları biliyi (xüsusilə MS Excel biliyi);
- Komandada işləmək bacarığı;
- Qadın namizədlərə üstünlük veriləcəkdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Müştəri əməliyyatları üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.
"Veysəloğlu" işçi axtarır - VAKANSİYA
16:10
6 Dek 2018