Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Marka müdiri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
İşin Təsviri:
Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi. Yeni məhsulların təmsilçilərə tanıtımı, istehlakçıların istəklərinə uyğun məhsulların araşdırılması, kampaniyaların, aksiyaların hazırlanması və izlənməsi işinin təşkili.
Vəzifə öhdəlikləri:
- Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
- Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
- Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
- İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
- Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
- Bazarda məhsulun yayımını izləmək;
- Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
- Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
- Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
- Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
- Kampaniyalar hazırlamaq və onların həyata keçirilməsini izləmək;
- Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək;
- Rəqib şirkətlərin fəaliyyətini, kateqoriya siyasətini izləmək və ehtiyac olduqda rəhbərliyə müvafiq təkliflər vermək;
- İş fəaliyyəti ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər:
- Yaxşı səviyyədə rus dili biliyi (ingilis dili biliyinin olması arzuolunandır);
- Şəxsi avtomobilin olması mütləqdir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük, 09:00-18:00
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Marka müdiri” yazmaqla müraciət edilir.